Booking.com saytında Yelo Mastercard kartınla ödə və 10%-dək cashback qazan!
Kampaniyadan istifadə etmək üçün booking.com hesabına daxil ol, əgər hesabın yoxdursa yenisini yarat. Maraqlandıran istiqamət və qonaqlama obyekti üçün axtarış et. Kampaniyanın meyarlarına uyğun olan Yelo Mastercard kredit və ya debet kartından istifadə edərək bronlaşdırmanı həyata keçir. Cashback-in məbləği xüsusi səhifədə göstəriləcək və bronlaşdırmanın məbləğindən asılı olaraq 10%-ə qədər ola bilər (qonaqlama obyektinin növü və gecələməyə görə orta qiymətdən asılı olaraq dəyişir).
Qaydalar və şərtlər:
Təxirə salınan və istifadə olunmayan bronlaşdırmalar bu kampaniyada iştirak etmir. Cashback qonaqlamanın tamamlanmasından 64 təqvim günündən gec olmayaraq köçürülür. Ödəniş üçün bank kartlarını qəbul etməyən qonaqlama obyektləri bu kampaniyada iştirak etmir (bu cür obyektlərdə yalnız nağd ödəniş qəbul olunur və onların səhifəsində cashback işarəsi olmur). Cashback-in toplam məbləği hesablanarkən vergilər və rüsumlar nəzərə alınmır.
Məbləğ Booking.com Pul kisəsinə bonus şəklində köçürülür. Bonuslarla bronlaşdırmanı ödəmək və ya onları karta köçürmək olar. Əgər bronlaşdırma Pul kisəsindəki əvvəl qazanılmış bonuslarla ödənilirsə, bu halda yeni bonuslar hesablanmır. Bir bronlaşdırmaya görə hesablana bilən maksimal bonusun məbləği 1 000 Avro təşkil edir. Bonuslar yalnız bronlaşdırmanı edən şəxsin Pul kisəsinə köçürülür. Pul kisəsindəki bonusların Booking.com tərəfindən müəyyən olunan etibarlılıq müddəti var. Müxtəlif bonuslara müxtəlif etibarlılıq müddəti tətbiq oluna bilər. Hər bonusun etibarlılıq müddətinin bitmə tarixi www.booking.com veb saytında istifadəçinin hesabının ayarlar bölməsində göstərilir.
Bronlaşdırma zamanı təklifin bütün şərtlərinə əməl olunmalıdır. Keçmiş müddətə görə iddialar qəbul olunmur. Mübahisə yarandığı halda "Booking.com"un qərarı son hesab olunur.
Bu təkliflə bağlı suallarınız yaranarsa Booking.com dəstək xidmətinə müraciət edin: https://www.booking.com/content/contact-us.html
Kampaniya 1 iyul 2022-ci ilə qədər olan bronlaşdırmalara keçərlidir.