Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Yeni İnternet bankçılıq xidmətimiz istifadəyə verildi

Yelo Bank-dan növbəti yenilik. Bu dəfə Bank korporativ müştərilərin məsafədən xidməti üçünyeni İnternet bankçılıq xidmətini istifadəyə verdi. Yeni xidmət müştərilər üçün özünəməxsus dizaynı və rahatlığı ilə seçilir. Artıq müştərilər harada olmaqlarından asılı olmayaraq, filiala gəlmədən, günün istənilən saatında yeni xidmətin bir çox faydalı funksiyalarından yararlana biləcək:

  • Gücləndirilmiş elektron imza (Asan imza) və OTP ilə daxil olma və əməliyyatların təsdiqi imkanı
  • Bir və ya bir neçə hesab üzrə gəlir və xərclərin dinamikasının qrafikini izləmək imkanı
  • Ödənişlərin müddətini əhəmiyyətli dərəcədə azaldacaq şablonların yadda saxlanılması və avtomatik ödənişlərin yaradılması funksiyaları
  • Məzənnənin rezervasiyası imkanı. Bu funksiya optimal valyutanın alış-satış nisbətini əldə etməyə imkan verir
  • Kredit sifarişi
  • Kreditlər haqqında məlumat və ödəniş cədvəli
  • Kartların onlayn idarəedilməsi (mədaxil, bloklaşdırma, blokdan çıxarılma)
  • Bütün işçilərin əmək haqlarının bir dəfəyə ödənilməsi imkanı
  • Fərdi funksionallığı olan işçilərin əlavə edilməsi
  • Kütləvi ödənişlər
  • Hesabdan çıxarışların avtomatik göndərilməsi
  • Xarici köçürmələr
  • SMS bildiriş
  • Xəbərlər bloku.

Bütün bu funksiyalar şirkətlərin işini rahatlaşdırmaq, sənədləşmənin həcmini azaltmaqla yanaşı, şirkət hesabları və əməliyyatlarına nəzarəti də gücləndirəcək. Yelo Bank müştəriləri onlayn qeydiyyatdan keçə (https://ibank.yelo.az/en/login), yeni müştərilər isə internet bankçılıq xidmətinin bütün üstünlüklərindən yararlanmaq üçün Yelo Bank-da hesab aça bilər.
Yeni xidmətin təqdimat videosu: http://bit.ly/ibankvid

Layihə Corezoid Process Engine texnologiyasının bazası əsasında Yelo Bank-ın texnoloji tərəfdaşı olan Middleware (ABŞ) şirkəti ilə birgə hazırlanılıb. İnternet bankçılıq xidmətinin istifadəyə verilməsi bankın rəqəmsallaşma istiqamətində atdığı mühüm addımlardan biridir. Yelo-nu izləməyə davam edin. Çünki tezliklə öz yenilikləri ilə sizin bankçılıq təcrübənizi dəyişəcək.