Bankımız yeni əmanət kampaniyasına start verir. Belə ki, müştərilər üçün “Yelo Sabit” əmanətinin faiz dərəcəsini 11%-ə qədər yüksəldərək daha parlaq və gəlirli etdik.
12 ay müddətinə açılan əmanətlərdə gəlirlərinizi aylıq olaraq götürmək istədikdə faiz dərəcəsi 10%, müddətin sonunda isə 11% təşkil edir.
Əmanət üzrə gəlirləri hər ay pulsuz hədiyyə edilən plastik kart vasitəsi ilə əldə etmək mümkündür.
Üstünlüklər bununla bitmir. Əmanətlərin sayı məhdudiyyətsiz, müddətin uzadılması isə, avtomatikdir. Minimal məbləğ tələbi 100 AZN olan əmanətləri 36 ayadək müddətə yerləşdirmək mümkündür.
Eyni zamanda “Parlaq Zəfər” əmanəti üzrə də illik faiz dərəcəsi 11%-dək artırılıb. Bu məhsulun əsas fərqləndirici cəhəti odur ki, müştəri bu əmanəti açmaqla həm özü faiz gəliri əldə edir (10.5%), həm də Qarabağ Dirçəliş Fonduna ianə etmiş olur (0.5%).
Yelo Bank-da yerləşdirilmiş əmanətlər Əmanətlərin Sığortalması fondunun qaydalarına uyğun olaraq sığortalanır.