Многофункциональное мобильное приложение Yelo

Все новости

Новости

Тендер на создание системы измерения эффективности трудовой деятельности

“Yelo Bank” ASC, əməkdaşların əmək fəaliyyəti səmərəliliyin ölçülməsi sisteminin yaradılması məqsədilə açıq tender elan edir.
Texniki şərtlər tenderdə iştirakını təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.
1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

-    Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
-    Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
-    İddiaçının hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
-    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
-    Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.)
-    Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər (Tender qalibi elan  olunduqdan sonra)

2.    Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

-    İştirakçı şirkətin bu sahədə təcrübəsi
-    Təklif edilən Sistemin funksionallığı
-    Təklif ediləcək məhsulun qiyməti
-    Müqavilənin icra müddəti

3.    Tender təklifinin təqdim edilməsi üçün son tarix:

-    Tender təklifləri 8 aprel 2022-ci il, Bakı vaxtı ilə saat 18:00-a qədər Bakı ş. Həsən Bəy Zərdabi küçəsi 81 K ünvanına təqdim edilməlidir;
-    Zərflər bağlı və hər küncü möhürlənməlidir;
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul olunmayacaq.

4.    Ödəniş və digər şərtlər

-    Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 10%-i həcmində Bank zəmanəti təqdim etməlidir. Əks halda zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30%-ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir. 
-    Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
-    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

5.    Satınalan təşkilatın ünvanı 

Bakı ş. Həsənbəy Zərdabi 81K,
Əlaqələndirici şəxs:
Həcər Kamalova
Təchizat və satınalma şöbəsinin mütəxəssisi
+99412 981 daxili 2057
+99450 710 73 43
[email protected]
[email protected]

6.    Tenderin nəticəsi haqqında məlumat

Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.