Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Təchizat və Satınalma şöbəsi, Mütəxəssis

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Təchizat və Satınalma şöbəsində Mütəxəssis vakansiyasını elan edirik.

Struktur: Təchizat və Satınalma şöbəsi
Vəzifə: Mütəxəssis 
Bilavasitə tabeçiliyi: Menecer

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin tərtib edilməsi və müqavilələr üzrə tarixlərinin nəzarətdə saxlanılması,
  • Satınalma sahəsinə aid olan istənilən sənədin (müqavilə, məktub, dəyişiklik, aktlar və s.) layihəsinin hazırlanması, razılaşdırılması və qeydiyyat sisteminin aparılması; 
  • İmzalanmış müqavilələrin planlaşdırılması, icrası və idarə edilməsi (Müqavilə üzrə öhdəliklərin vaxtında və müqavilənin şərtlərinə uyğun icrası, Müqaviləyə əlavə və dəyişikliklərin icrası, Podratçılarla müvafiq koordinasiya və əlaqələndirmə işləri və s.); 
  • Müqavilələr üzrə işlərin bütün icra mərhələlərini əhatə edən idarəetmənin təşkili (icra, hesabatların təqdim edilməsi, xərclərə nəzarət, hesab fakturaların təqdim edilməsi, müqavilələrin yekunlaşdırılması, və s.).

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və rus dilində səlis danışıq və yazmaq bacarığı
  • Kommunikasiya qabiliyyətlərinin olması (aydın və səlist nitq və yazı qabiliyyəti); 
  • Tikinti və Təchizat tipli müqavilələrin idarə edilməsi sahəsində təcrübə üstünlükdür; 
  • Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı; 

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sığorta proqramına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Təchizat” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına da göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə