Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Arıçılar Assosiasiyasını dəstəkləyən ilk bank olduq

Yelo Bank və Azərbaycan Arıçılar Assosiasiyası arasında əməkdaşlıq haqqında Niyyət protokolu imzalanıb.

Protokola Yelo Bankın Biznes Bankçılıq İdarəsinin baş direktorunun müavini Yaşar Soltanov və Assosiasiyanın sədri Bədrəddin Həsrətov imza atıblar.

Sənədə əsasən, tərəflər ticarət imkanlarının araşdırılması, təcrübə mübadiləsi, treninqlərin keçirilməsi və Assosiasiyanın üzvü olan sahibkarlara güzəştli kreditlərin ayrılması sahəsində əməkdaşlıq edəcəklər.

Yaşar Soltanov: "Yelo Bank real sektorun, o cümlədən aqrar sahənin inkişafına dəstək verməyə davam edir. Bu sahənin inkişafını qarşısına hədəf kimi qoyan təşkilatlarla tərəfdaşlıq etmək zövq verir. Azərbaycan Arıçılar Assosiasiyası ilə qurduğumuz tərəfdaşlıqdan gözləntilərimiz çoxdur. Çünki arıçıların zəhmətkeşliyinə və bu sahədə olan potensiala yaxşı bələdik. Bununla yanaşı, biz biznesini yaradan və ya böyüdən arıçıların üzləşdiyi çətinliklər haqda da məlumatlıyıq. Bu səbəbdən arıçılıq sahəsində öz planlarını reallaşdırmaq istəyən şəxslər Yelo Bankın dəstəyindən faydalana bilər".

Bədrəddin Həsrətov: "Arıçılar Assosiasiyasının rəsmi əməkdaşlıq etdiyi ilk bank Yelo Bank oldu. İnanıram ki, əməkdaşlığımız protokolda qeyd edilən bütün sahələr üzrə məhsuldar olacaq".

Yelo-dan çoxfunksiyalı mobil əlavə