Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

"Hyper-converged" bulud həlli üçün tender elan edirik.

Texniki şərtlər və digər tələblər tenderdə iştirikanı təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.

1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

-   Qiymət təklifi
-   İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
-   Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
-   Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər(Tender qalibi elan  olunduqdan sonra)
 -  Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyaları)

2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-   Tender təklifləri 19 Fevral 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-   Zərflərin hər küncü möhürlənməlidir. 
-   Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.


3.    Ödəniş və digər şərtlər

-    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
-    Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
-    Təklif qiyməti bütün vergilər daxil təsvir olunmalıdır.
-    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

4.    Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

-    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
-    Ödəmə qabiliyyəti olmalı;
-    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
-    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
-    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

5.    Satınalan təşkilatın ünvanı 

Bakı ş. Puşkin küçəsi 30, AZ1010
Əlaqələndirici şəxs: 
1)Nigar Baxşiyeva 
İnzibati və Təchizat departamentinin
Aparıcı mütəxəssisi
+99412 981 daxili 1902
+9455 4577616
[email protected]
 

Yelo-dan çoxfunksiyalı mobil əlavə