Dekabrın 17-də “Caspian Business Award 2021” beynəlxalq mükafatının təqdimat mərasimində Yelo Bank “İlin bankı” nominasiyasında qalib gəlib.
Bankımız 2021-ci il ərzində xidmət şəbəkəsini yeniləməklə bərabər, bir sıra yeni onlayn xidmətlər də istifadəyə verib. Təqdim olunan bütün yeniliklərin əsas məqsədi müştərilərin harada olmaqlarından asılı olmayaraq onlara yaxın olmaq və ən yaxşı xidməti göstərə bilməkdir.
Qeyd edək ki, “Caspian Business Award” mükafatının təqdimetmə mərasimində “Caspian Energy Club”a üzv şirkətlərinin, dövlət qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbirdə dinamik nəticələr göstərən, 2021-ci ildə biznesin inkişafında mühüm rol oynayan, ölkə iqtisadiyyatının daha sürətli inkişafına töhfə vermiş şirkət və qurumlar mükafatlandırılıb.
Tədbirin təşkilatçısı olan “Caspian Energy Club” sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirir. Klubun əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.
Qeyd edək ki, Yelo Bank ötən il də nüfuzlu beynəlxalq nəşr olan Capital Finance International (CFI.co) tərəfindən "Ən İnnovativ Korporativ Rebrendinq Strategiyası - Azərbaycan 2020" nominasiyasında qalib olmuşdu!