Xəbərlər siyahısı

Xəbərlər

İnzibati binanın elektrik quraşdırma işləri üçün açıq tender

Texniki şərtlər tenderdə iştirikanı təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.

1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 
-   Qiymət təklifi
-   İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
-   Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
-   Malların göndərilməsi, daşınmazı və quraşdırılması ilə bağlı hər hansı subpodratçıdan istifadə olunduğu halda bu subpodratçı haqqında məlumatlar
-   Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
-   Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər(Tender qalibi elan olunduqdan sonra)

2. Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
-    Təqdim ediləcək məhsulların keyfiyyəti
-    Təklif ediləcək xidmət və ya məhsulun qiyməti
-    İştirakçı şirkətin bu sahədə təcrübəsi
-    Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
-    Müqavilənin icra müddəti
-    Texniki servis xidmətinin müddəti

3. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
-    Tender təklifləri 11 fevral 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-    Zərflərin hər küncü möhürlənməlidir. 
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir. 


4. Ödəniş və digər şərtlər
-    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
-    Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
-    Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
-    Təklif avadanlıqların çatdırılma və quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
-    Təklif qiyməti bütün vergilər daxil AZN-lə təsvir olunmalıdır.
-    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

5. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
-    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
-    Ödəmə qabiliyyəti olmalı;
-    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
-    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
-    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı;

6. Satınalan təşkilatın ünvanı 
-    Bakı ş. Puşkin küçəsi 30, AZ1010
-    Əlaqələndirici şəxs: 
1)Nigar Baxşiyeva 
İnzibati və Təchizat departamentinin
Aparıcı mütəxəssisi
+99412 981 daxili 1902
+9455 4577616
[email protected]

 

Yelo-dan çoxfunksiyalı mobil əlavə