Yelo-dan çoxfunksiyalı mobil əlavə

9.5 FAİZLƏ KREDİT ALMAQ ÜÇÜN TƏLƏS!

Xəbərlər siyahısı

Xəbərlər

Kart məlumatlarınızı qoruyun

Heç kim dələduzların qurbanı olmaq istəməz. Hər nə qədər bununla bağlı çoxsaylı tədbirlər görülsə də, kart məlumatlarınızın təhlükəsizliyi ilk növbədə sizin əlinizdədir. Ən kiçik bir diqqətsizliklə dələduzlar vəsaitinizi mənimsəyə bilərlər. Bank məlumatlarınızı qorumaq üçün sizdən çox şey tələb olunmur: sadəcə məlumatlarınızı kənar şəxslərlə paylaşmayın.

Dələduzlardan qorunmaq üçün aşağıdakıları nəzərə alın:

 

  • Kartın üzərindəki 16 rəqəmli nömrəni, yararlılıq tarixi və üçrəqəmli CVV kodunu heç kimlə bölüşməyin,
  • Kartın məlumatları tam şəkildə əks olunmuş şəklini heç kimə göndərməyin,
  • Onlayn əməliyyatlar üçün bank tərəfindən göndərilmiş birdəfəlik şifrəni (OTP) heç kimlə paylaşmayın,
  • İnternet Bankçılıq və mobil tətbiq istifadəçi şifrələrini kənar şəxslərə deməyin/yazmayın,
  • Şübhəli hallarda Yelo App vasitəsilə kartı dərhal bloklayıb, 981 nömrəsi ilə əlaqə saxlayın.

 

Yelo-dan çoxfunksiyalı mobil əlavə