Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Kredit kartından istifadə qaydaları

1. Ödəniş etdikdən sonra kartdakı vəsaitdən nə zaman istifadə edə bilərəm? 

  • Ödəniş saat 14:00-dək olduqda, həmin gün 18:00-dan sonra, saat 14:00-dan sonra olduqda isə, növbəti iş günü saat 18:00-dan sonra istifadə etmək tövsiyyə olunur.


2. Qeyri iş günü ərzində kredit kartı üzrə ödəniş etdikdə, vəsaitdən nə zaman istifadə edə bilərəm?

  • Həftəsonları və bayram günləri ödənişi etdikdə, vəsaiti növbəti ilk iş günü, saat 18:00-dan sonra istifadə etmək tövsiyə olunur.

 

3. Card to Card (С2С) əməliyyatı vasitəsilə kredit borcunu ödədiyim halda, vəsaitdən nə vaxt istifadə edə bilərəm?

  • Ödəniş Card to Card (С2С) əməliyyatı vasitəsilə həyata keçirildiyi təqdirdə, vəsaitdən 3 iş günü sonra istifadə edilməsi tövsiyə olunur.

Yelo-dan çoxfunksiyalı mobil əlavə