Yelo-dan çoxfunksiyalı mobil əlavə

9.5 FAİZLƏ KREDİT ALMAQ ÜÇÜN TƏLƏS!

Xəbərlər siyahısı

Xəbərlər

Əmanət faizlərini artırdıq

Pullarınızı rahat və təhlükəsiz yolla artırasınız deyə yeni əmanət kampaniyasını elan etdik. Əmanətlərinizin arzuladığınız gəliri gətirməsi üçün Yelo Sabit məhsulunun faiz dərəcəsi 11.5%-ə yüksəltdik.

Əmanət üzrə gəlirləri hər ay adınıza açılan pulsuz plastik kart vasitəsi ilə əldə etmək mümkündür. Gəlirlərinizi aylıq olaraq götürmək istədikdə faiz dərəcəsi 11%, müddətin sonunda isə 11.5% təşkil edir.  

Üstünlüklər bununla bitmir. Əmanətlərin sayı məhdudiyyətsiz, müddətin uzadılması isə, avtomatikdir. Əmanətləri 36 ayadək müddətə yerləşdirmək mümkündür.  
Təklif etdiyimiz digər əmanət məhsulu Yelo Yığım üzrə də faiz dərəcəsi 9.5%-ə artırılıb. Bu məhsulun üstünlüyü əmanət hesabınə əlavə vəsait yerləşdirmə imkanıdır. Müddəti 12 ay, Yelo App üzərindən hesabı artırma imkanı, aylıq faizlərin alınması üçün kart da bizdən hədiyyə. 

Ətraflı məlumat üçün -    https://bit.ly/emanet-yelobank
 

Yelo-dan çoxfunksiyalı mobil əlavə