Xəbərlər siyahısı

Xəbərlər

Şirkətlərarası futbol liqasının qalibi olduq!

"Fire League" təşkilatçılığı ilə ölkənin aparıcı şirkətlərini bir araya gətirən futbol liqası Yelo Bank komandasının möhtəşəm çempionluğu ilə yekunlaşıb. Ümumilikdə 16 komandanın iştirak etdiyi turnirdə komandamız ilk oyundan finaladək parlaq və inamlı oyun nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə ucalıblar.

Çempionluq yolunda gərgin keçən pley-off mərhələlərində komandamız ardıcıl olaraq vacib qələbələrə imza atıb. Belə ki, 1/4 finalda "Bank VTB"-ni 3:1, yarımfinalda isə "Bir Ekosistem" komandasını 4:1 hesabı ilə üstələyən Yelo Bank finala vəsiqə qazanıb. Çempionluq taleyini həll edən həlledici qarşılaşmada isə komandamız "Azərsun" təmsilçilərini 4:3 hesabı ilə məğlub edərək turnirin baş kubokunu başı üzərinə qaldırıb.

Komanda uğuru ilə yanaşı, turnirin fərdi mükafatı da Yelo Bank-a gəlib. Komandamızın istedadlı futbolçusu Şövqan Cəfərli liqanın "Ən yaxşı oyunçusu" adına layiq görülüb.

Həm iş həyatında, həm də yaşıl meydanlarda hər zaman liderliyə can atan Yelo Bank komandasını bu böyük idman zəfəri münasibətilə ürəkdən təbrik edirik!

Yelo Bank - Parlaq bankçılıq!