Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

"Summer Challenge"-in növbəti iştirakçısı

                                                                               
«“Summer Challenge”-də iş təcrübəsi ilə yanaşı yeni dostlar da qazanmış oldum.»

"Summer Challenge" təcrübə proqramımızın növbəti iştirakçısını sizə təqdim edirik. ADNSU-nun İnformasiya texnologiyaları mühəndisliyi IV kurs tələbəsi Aynur Seyid.

-  Aynur, təcrübə zamanı əldə etdiyin ən böyük nailiyyət hansı oldu?
-  Deyərdim ki, mənim üçün ən böyük şans və uğur korporativ iş həyatı ilə tanış olmağım oldu. Təcrübə müddətində bankın digər departamentləri haqqında da müxtəlif məlumatlar əldə etdim. Burada keçirdiyim günlərin keyfiyyətli və gələcəyim üçün faydalı olduğunu düşünürəm. 

- Təcrübə keçirdiyin İnsan Kapitalı departamentinin iş prosesində nə xüsusilə sənin diqqətini çəkdi?
 - İş prosesi ərzində ən çox diqqətimi çəkən və məndə xoş təəssüratlar yaradan kollektivimiz idi. Kollektivimiz həqiqətən çox səmimi və mehriban idi. Nə zaman köməyə ehtiyacım olsa, suallarım yaransa, necə deyərlər, canla-başla cavablandırır və yardım edirdilər. 

-  Sənin üçün “Summer Challenge”-lə bağlı yadda qalan ən xoş xatirə?
-  Ümumiyyətlə mənim üçün Bank-da keçirdiyim hər an xoş xatirələrlə dolu idi. Çünki, burada iş təcrübəsi ilə yanaşı yeni dostlar da qazanmış oldum. Biz birlikdə Yelo Bank-ın yaratdığı imkanlar sayəsində həm əylənir, həm də yeni biliklər əldə edirdik. Bu şansı mənə verdiyinə görə Yelo ailəsinə təşəkkürlərimi bildirirəm.

Biz isə Aynura gələcəkdə bir-birindən uğurlu layihələr və hər zaman gülərüz qalmağı arzulayırıq :)
 

Yelo-dan çoxfunksiyalı mobil əlavə