Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

"Summer Challenge" tələbə təcrübə proqramı başa çatdı

"Summer Challenge" təhsil aldığım marketinq sahəsində təcrübə əldə etməyimlə yanaşı, mehriban kollektivdə çalışmaq imkanını da yaratdı.»

Bankımızın böyük məmnuniyyətlə bu yay keçirdiyi "Summer Challenge" tələbə təcrübə proqramı artıq başa çatdı. Təlimlərdə ölkəmizin bir neçə universitetlərindən seçilmiş ümumilikdə 21 gənc və parlaq tələbə iştirak etdi. Onlardan biri – UNEC-in Marketinq fakültəsinin IV kurs tələbəsi, səmimi və bir o qədər də işgüzar Ülkər Paşazadədir. Ülkərin fikirləri ilə sizinlə də bölüşmək istədik :)

-  Ülkər, təcrübə zamanı əldə etdiyin ən böyük nailiyyətin nə oldu?
-  Kitab oxumağı çox sevdiyim üçün yazı yazmağa hər zaman meyilli olmuşam. Keçdiyim bu təcrübə boyu müxtəlif mətnlərin yazılmasında iştirak etdim. Belə qənaətə gəldim ki, bu müddət ərzində kopirayterlik sahəsində də özümü inkişaf etdirməyi bacardım.

- Təcrübə keçdiyin depratamentin iş prosesində xüsusilə nə sənin diqqətini çəkdi?
 - Şöbənin səmimi atmosferini və canlılığını ən çox bəyəndim. Təcrübə müddətində komandanın dəstəyinə arxayın idim, çünki hər hansı bir sualımla bağlı səbirlə kömək edirdilər. :)

-  Sənin üçün “Summer Challenge”-lə bağlı yadda qalan ən xoş xatirə?
-  Əslində hansısa bir məqamı ayırmaq çox çətindir, çünki Yelo-da hər gün mənim üçün çox özəl idi. Ən xoş xatirələr sırasında bankla tanış olduğumuz gün bizi necə qarşıladıqlarını ayırd edə bilərəm, həmin gün çox əyləncəli idi. Bu təcrübənin həyata keçməsində əməyi olan hər kəsə təşəkkür edirəm!

Biz də Ülkərə gələcək marketinq karyerasında bol uğurlar və yaddaqalan parlaq layihələr arzu edirik. 

Yelo-dan çoxfunksiyalı mobil əlavə