Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Fitness zalı üçün təkrar tender elanı

Yeni baş ofisimizdə Fitness zalın fəaliyyəti məqsədilə açıq tender elan edirik.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

•    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
•    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı;
•    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
•    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
•    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

•    Təqdim ediləcək məhsulun keyfiyyəti
•    Təklif ediləcək məhsulun qiyməti
•    İştirakçı şirkətin bu sahədə təcrübəsi
•    Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar

1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

•    Qiymət təklifi
•    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
•    Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)


2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-    Tender təklifləri 5 Avqust 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-    Zərflərin hər küncü möhürlənməlidir. 
-    Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
-    Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər. 

3.    Tələb olunan xidmətlər 

•    Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır. 
•    Baş ofisdə nəzərdə tutulan idman zalının ərazi 175 sq.m-dir. 
•    Qadınlar üçün qadın, kişilər üçün kişi məşqçi. 
•    Bütün trenajor/fitness avadanlıqları şirkət tərəfindən təqdim olunmalıdır. 
•    İş rejimi həftə içi səhər saat 07:00-09:00 və 18:00-22:00, həftəsonu isə saat 08:00-21:00 
•    Qalib şirkət 15 avqust 2021 ci il tarixində fəaliyyətə başlamaq qabiliyyətində olmalıdır. 

4.    Qiymət təklifi təqdim olunmalıdır: 
-    Gündəlik 
-    Ay ərzində 8 giriş 
-    Ay ərzində 12 giriş
-    Ay ərzində 16 giriş  


5.    Alətlər 
Minimum aşağıda qeyd olunan alətlər olmalıdır. 
•    Hyperextension 
•    Crossover
•    Hammer leg extension
•    Chest + Shoulders (Bench Press)
•    Chest + Triceps (Bench Press)
•    Leg press
•    Smith (squats + bench press)
•    Exercise bike
•    Bench
•    Treadmill
•    Dumbbells
•    Hummer horizontal pull (back)
•    Horizontal block pull (back)
•    Barbells 

6.    Ödəniş və digər şərtlər
•    Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
•    Tenderin qalibi olan şirkətdən Bankda fəaliyyəti üçün icarə və hər hansi bir kommunal ödənişi tələb olunmur. 
•    Müqavilə 1 il ərzində qüvvədə olacaq. 
•    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
•    Ödəniş işçilər tərəfindən olunacaq. 

7.    Satınalan təşkilatın ünvanı 
Bakı ş. Həsənbəy Zərdabi 81K, 
Əlaqələndirici şəxs: 
Anar Asgarzade 
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 5056575
[email protected]
 

Yelo-dan çoxfunksiyalı mobil əlavə