Visa və Mastercard kartı istifadəçilərinin nəzərinə
Dəyərli müştərilər, Yelo kartları ilə bəzi ölkələrdə və platformalarda aparılan əməliyyatlarda yaranacaq məhdudiyyətləri diqqətinizə çatdırırıq.
11 may 2026-cı il tarixindən Mastercard kartlarında baş verəcək dəyişikliklər:
- Azərbaycanda yalnız fiziki kart vasitəsilə fiziki əməliyyatlar mümkün olacaq;
- Ölkəxaricində bütün fiziki, təmassız və onlayn əməliyyatlar müvəqqəti olaraq dayandırılacaq;
- Yerli platformalarda onlayn ödənişlər mümkün olacaq, lakin xarici platformalarda ödənişlər dayandırılacaq;
- Ölkədaxili köçürmələr adi qaydada, problemsiz davam edəcək.
13 may 2026-cı il tarixindən Visa kartlarında baş verəcək dəyişikliklər:
- Avropa ölkələrində və Avropa bankları üzərindən işləyən onlayn platformalarda bütün növ əməliyyatlar dayandırılacaq;
- Azərbaycanda və dünyanın 150-dən çox digər ölkəsində fiziki, təmassız və onlayn əməliyyatlarda heç bir məhdudiyyət olmayacaq.
Avropa ölkələrinə səfər planlayan müştərilərimizə müvəqqəti olaraq alternativ ödəniş üsullarını nəzərdən keçirməyi tövsiyə edirik. Eyni zamanda, Mastercard kartı istifadəçiləri ödənişlərin rahatlığı üçün Yelo mobil tətbiqi vasitəsilə saniyələr içində Visa kartı sifariş edə bilərlər.
Məhdudiyyət olacaq ölkələrə daxildir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Lixtenşteyn, İslandiya, Norveç Macarıstan, Malta, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya və Yunanıstan.
Məsələnin qısa müddətdə həlli istiqamətində işlər aparılır və bütün yeniliklərlə bağlı əlavə məlumat veriləcəkdir. Anlayışınız üçün təşəkkür edirik.