"Fire League" tərəfindən təşkil olunan banklararası mini-futbol liqası Yelo Bank komandasının çempionluğu ilə yekunlaşıb. Ümumilikdə 8 bankın iştirak etdiyi turnirdə komandamız inamlı oyun nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə ucalıb.
Gərgin keçən final oyununda rəqibini 3:2 hesabı ilə üstələyən Yelo Bank təmsilçiləri turnirin çempionluq kubokunu qazanıblar. Qələbə ilə yanaşı, turnirin fərdi mükafatları da komanda üzvlərimizə təqdim olunub. Belə ki, əməkdaşımız Cavid Rəhimov liqanın "Ən yaxşı qapıçısı", İlkin Mikayılov isə turnirin "Ən yaxşı oyunçusu" adına layiq görülüb.
Bu uğur komandamızın birliyinin və sağlam rəqabət ruhunun gözəl bir nəticəsidir. Turnirdə iştirak edən bütün həmkarlarımıza maraqlı mübarizə üçün təşəkkür edir, komandamıza növbəti oyunlarda uğurlar arzulayırıq!
Yelo Bank – Parlaq Bankçılıq!