Xəbərlər siyahısı

Xəbərlər

Yelo kart tariflərində dəyişiklik

Dəyərli müştərilər,

Yelo Bank-ın kart xidmətlərində tətbiq olunan tariflərdə 9 yanvar 2026-cı ilı tarixindən aşağıdakı dəyişikliklər həyata keçiriləcək:

 

  • Kart qalığına illik faiz hesablanması yalnız Yelo Infinite kartı üzrə aparılacaq. Digər kart sahibləri isə əlavə gəlir üçün keşbek imkanını, əmanət məhsullarını və Yelo Invest xidmətini dəyərləndirməyə davam edəcəklər.
     
  • Yelo Infinite kartı üzrə SMS Banking xidməti üçün aylıq 3 AZN tarif tətbiq ediləcək. Xatırladaq ki, mədaxil və məxariclərinizə Yelo App vasitəsilə 24/7 nəzarət edə bilərsiniz.
     
  • Yelo Bank ASC və Azərpoçt MMC-yə məxsus ofislərdə Yelo Digital, Yelo Light, Yelo Premium, Yelo Infinite və Yelo kredit/taksit kartları ilə (yalnız şəxsi vəsaitdən istifadə edilməklə) aparılan POS-nağdlaşdırma əməliyyatları üzrə aşağıdakı tariflər müəyyən olunur:

               - Bir kart üzrə ay ərzində 10 000 AZN (və ekvivalenti) məbləğədək — 0% komissiya

               - Bir kart üzrə ay ərzində 10 000,01 AZN (və ekvivalenti) məbləğdən artıq olduqda — 1% komissiya (minimum 1 AZN/USD/EUR)