Xəbərlər siyahısı

Xəbərlər

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən növbəti ağacəkmə aksiyasında iştirak edib.
 
Aksiya çərçivəsində Müşfiqabadda 60 hektar ərazidə iqlim şəraitinə uyğun 40 minə yaxın müxtəlif növ ağacın əkilməsi və suvarma sisteminin qurulması nəzərdə tutulur. Tədbirdə Yelo Bank əməkdaşları 2 hektar ərazidə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkiblər. Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, bu istiqamətdəki təşəbbüslərdə gələcəkdə də iştirak etməyi planlaşdırır.
 
Qeyd edək ki, aksiya “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilən tədbirlərin davamıdır. Memorandum 2023-cü il martın 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında imzalanıb. Memorandumun məqsədi 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000, ümumilikdə isə 1 000 000 ağac əkməkdir. Bu, təşəbbüsün dördüncü ilidir.

Bank xidmətləri, o cümlədən, kredit kalkulyatoru ilə bağlı suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!