Multifunctional Mobile App by Yelo

List of all vacancies

Hüquq departamenti, Hüquqşünas / Aparıcı hüquqşünas / Baş hüquqşünas

Diqqət! Bu elanın vaxtı bitib

City

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda  "Hüquq departamentində Hüquqşünas / Aparıcı hüquqşünas / Baş hüquqşünas" vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.  

Struktur: Hüquq departamenti
Vəzifə: Hüquqşünas / Aparıcı hüquqşünas / Baş hüquqşünas
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

  • Bankdaxili təlimat, qayda, prosedurların hüquqi ekspertizasını həyata keçirərək rəy vermək Departamentin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələr ilə razılaşdırmaq və təqdim etmək;
  • Bankdaxili qəbul edilmiş qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişləri yerinə yetirmək;
  • Bankdaxili tələbdən asılı olaraq filial, şöbə müdirlərinə və digər əməkdaşlara Bankın adından çıxış etmək səlahiyyətini verən etibarnamələrin vermək, vaxtlı-vaxtında bu etibarnamələrin dəyişdirilməsini təmin etmək;
  • Bankdaxili qaydalara uyğun olaraq, Bankın fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək və Bankın maraqlarına cavab verməsini təmin etmək;
  • Bankın filial, şöbə və nümayəndiklərinin açmaq, sonrakı dəyişiklikləri və bağlanmasını müşayiət etmək;
  • Bankın bütün struktur bölmələrinə hüquqi yardım göstərmək və qanunvericilikdə baş vermiş əlavə və dəyişikliklər barəsində onları məlumatlandırmaq;
  • Banka daxil olan sorğularının cavablandırılmasını təmin etmək;
  • Bankın maliyyə, təsərrüfat və hüquqi fəaliyyətilə bağlı hüquq-mühafizə, vergi orqanları və digər təşkilatlarla münasibətlərdə qarşıya çıxan hüquqi məsələlərin həllində Bank adından çıxış etmək və mənafeyini qorumaq;
  • Bankın fəaliyyətinin metodoloji bazasını hüquqi cəhətdən müşayiət etmək;
  • Bankdaxili əsasnamə, prosedur, qayda və təlimatların, habelə digər bankdaxili sənədlərin hüquqi ekspertizasını həyata keçirmək;.

Tələblər

  • Ali hüquqi təhsil;
  • Microsoft Office proqramlarını (Word, Excel, PowerPoint) istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan dili – mükəmməl,Rus və / və ya İngilis dilləri üzrə minimum yaxşı səviyyəsində biliklər mütləqdir;
  • Analitik təhlil, kritik düşünmə bacarıqları;
  • Təşəbbüskarlıq, məsuliyyət, dəqiqlik;
  • Stress vəziyyətlərdə işləmək bacarığı.
  • Komandada işləmək bacarığı;
  • Müstəqil işləmək bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Hüquqşünas” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına da göndərə bilərsiniz. 

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

Yelobank mobile application