Multifunctional Mobile App by Yelo

List of all vacancies

Məhsulların inkişafı departamenti, Proseslərin optimizasiyası üzrə Mütəxəssis / Aparıcı mütəxəssis

Diqqət! Bu elanın vaxtı bitib

City

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Məhsulların inkişafı departamentində Proseslərin optimizasiyası üzrə Mütəxəssis / Aparıcı mütəxəssis vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Struktur: Məhsulların inkişafı departamenti
Vəzifə: Proseslərin optimizasiyası üzrə Mütəxəssis / Aparıcı mütəxəssis
Bilavasitə tabeçiliyi: Məhsul üzrə menecer


Vəzifə öhdəlikləri:

  • Biznes proseslərin avtomatlaşdırılması və digər zəruri mexanizmlərin tətbiq edilməsi
  • Bank məhsullarının, biznes proseslərin mütəmadi olaraq təhlil edilməsi, avtomatlaşdırılması, optimallaşdırma və təkmilləşdirmə ilə bağlı təkliflərin hazırlanması
  • Yeni və ya mövcud olan biznes proseslərin təhlili, aşağı dəyərli addımların müəyyən edilməsi və qrafik (blok-sxemlər) təsvirlərin hazırlanması
  • Biznes proseslərin optimallaşdırılması məqsədi ilə xidmətə və prosesə dəyər gətirməyən addımların müəyyən edilməsi
  • Bankın bütün satış kanallarında vaxtaşırı xronometrajların təşkil edilməsi
  • Hazırlanmış yeni biznes proseslərin Bankın müvafiq texniki mühitində test edilməsinin təşkil edilməsi
  • Hazırlanmış yeni məhsulları və prosesləri bankın müvafiq strukturları ilə razılaşdırmaq
  • Yeni funksional, məhsul üzrə test və təlim sənədlərinin qaydalara uyğun tərtib edilməsinin təşkil edilməsi
  • Dəyişdirilən və ya yeni yaradılan biznes proseslər üzrə təlim materiallarının hazırlanması
  • İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Mövcüd məhsullar və müştəri prosesləri üzrə bankın struktur bölmələrindən daxil olan sorğuların təhlil edilməsi, Bankın ümumi strategiyasına uyğunluğunu və gəlirliyini müəyyən edilməsi və aparılmış təhlilə uyğun olaraq sorğuları rəhbərlik səviyyəsində müzakirə və qərar qəbul etmə prosesinin təşkil edilməsi
  • Bankın bütün məhsulları və xüsusi layihələr üzrə qayda və prosedurların hazırlanmasını təmin edilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi
  • Biznes proseslərlə bağlı daxili normativ sənəd layihələrini müstəqil və ya aidiyyəti struktur bölmələrlə birlikdə hazırlanması
  • Bankın pərakəndə, mikro, korporativ, kiçik və orta biznesləri üzrə məhsulları təqdim edən əməkdaşların proseslər və məhsul barədə məlumatlandırılması və təlim keçirilməsi üzrə tədbirlərin hazırlanması və aparılması

Tələblər:

  • Ali təhsil
  • Bank sahəsində ən azı 2 il iş təcrübəsi
  • Yaxşı səviyyədə Rus və İngilis dili biliyi
  • Bankın ABS sistemində işləmə bacarığı
  • Analitik düşüncə
  • Komanda ilə işləmə və qərar qəbul etmə qabiliyyəti
  • Bank məhsulları ilə iş təcrübəsi
  • Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik
  • Bank qanunvericiliyi üzrə biliklər
  • MS Office proqramlarını (əsasən Excel və Power point) istifadəçi səviyyəsində bilmək
  • Effektiv kommunikasiya bacarığı
  • Çərçivələrdən kənar düşünmə bacarığı
  • Təşəbbüskarlıq

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Tibbi sığorta proqramına qoşulma
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv

Siz elektron poçtun “mövzu” yerinə “Optimizasiya mütəxəssisi” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

 

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

Yelobank mobile application