Multifunctional Mobile App by Yelo

List of all vacancies

Məhsulların inkişafı departamenti, Məhsul üzrə ekspert (Pərakəndə Qeyri-kredit məhsulları)

Diqqət! Bu elanın vaxtı bitib

City

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məhsulların inkişafı departamentində Məhsul üzrə ekspert (Pərakəndə Qeyri-kredit Məhsulları)” vakansiyasını elan edirik.

Struktur: Məhsulların inkişafı departamenti
Vəzifə: Məhsul üzrə ekspert (Pərakəndə Qeyri-kredit məhsulları)
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

  • Bankın strategiyasına uyğun məhsulları yaratmaq və inkişaf etdirmək; 
  • Bazarı araşdırmaq, biznes müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, bu məqsədlə müştərilərlə görüşləri aparmaq; təkmilləşdirilmiş müştəri təcrübəsinə nail olmaq;
  • Məhsulun yaradılması üzrə xərc / gəlirlərin hesablanması və təhlilini aparmaq;
  • Məhsulun yol xəritəsini (roadmap) hazırlamaq;
  • Biznes hədəflərinə çatmaq üçün görüləcək işləri və mövcud tapşırıqları (backlog) prioritetləşdirmək və yerinə yetirilməsini idarə etmək 
  • Ümumi hədəflərə çatmaq üçün məhsululun yaradılması üzrə kross-funksional komandanı yönəltmək;
  • Seqment müştərilərinin ehtiyaclarına cavab verən məhsul və xidmətləri komanda ilə birgə hazırlamaq;
  • Yeni məhsul ideyalarını qiymətləndirmək və onların bazara çıxarılması strategiyasını hazırlamaq;
  • Məhsul boşluqlarının müəyyənləşdirmək və onların aradan qaldırılmasını təmin etmək;
  • Məhsulun effektiv marketinq kommunikasiya planının hazırlanmasında iştirak etmək.

Tələblər:

  • Bank işi, əsasən də kart məhsulu üzrə təcrübə -  ən azı 2 il 
  • Məhsulların yaradılması və inkişafı üzrə təcrübə arzuolunandır
  • Azərbaycan dilini mükəmməl bilmək, Rus və İngilis dili bilikləri arzuolunandır;
  • Ali təhsil;
  • MS Office proqramları üzrə (əsasən Excel və Power point) yüksək səviyyədə biliklər;
  • PPO, PSPO , ACP, CSPO və ya analoqu olan sertifikatlara sahib olmaq üstünlükdür;
  • Müştəri seqmenti və məhsul üzrə biliklər;
  • Agile metodologiya üzrə biliklər arzuolunandır;
  • “Design thinking” metodoligiyası üzrə biliklər arzuolunandır.
  • Kross-funksional komandanın işini effektiv təşkil etmək bacarığı;
  • Strateji düşüncə;
  • Çətinliklərin öhdəsindən gəlmə bacarığı;
  • Effektiv kommunikasiya, təqdimat və liderlik bacarıqları;
  • Yüksək analitik düşüncə, planlaşdırma və çərçivələrdən kənar düşünmə bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Məhsul üzrə ekspert (qeyri-kredit)” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

Yelobank mobile application