“Penetration Test service” təmin etmək məqsədilə 2 LOT üzrə açıq tender elan edirik.
LOT 1-Mobil Tətbiqdə nüfuzetmə və çatışmamazlıqların Təyini üçün test tələbləri.
LOT 2-İnternet Bankçılıqda nüfuzetmə və çatışmamazlıqların Təyini üçün test tələbləri.
Texniki şərtlər elana əlavə olunub.
1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Qiymət təklifi
- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat)
2. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
- Tender təklifləri 12 Mart 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
3. Ödəniş və digər şərtlər
- Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər.
- Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
- Tender qalibi Yelo Bank ASC –də hesab açmalıdır
- Müqavilənin icrası üçün 5% bank qarantiyası tələb oluna bilər
4. Satınalan təşkilatın ünvanı
- Bakı ş. Puşkin küçəsi 30, AZ1010
- Əlaqələndirici şəxslər:
1)Nigar Baxşiyeva
İnzibati və Təchizat departamentinin Aparıcı mütəxəssisi
+99412 981 daxili 1902
+99455 4577616
[email protected]