Multifunctional Mobile App by Yelo

News feed

News

Open tender for 2 LOTs

“Penetration Test service” təmin etmək məqsədilə 2 LOT üzrə açıq tender elan edirik. 
LOT 1-Mobil Tətbiqdə nüfuzetmə  və çatışmamazlıqların Təyini üçün test tələbləri.
LOT 2-İnternet Bankçılıqda nüfuzetmə  və çatışmamazlıqların Təyini üçün test tələbləri.
Texniki şərtlər elana əlavə olunub.


1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

-    Qiymət təklifi 
-    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
-    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
-    Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat)

2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-    Tender təklifləri 12 Mart 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-    Zərflərin hər küncü möhürlənməlidir. 
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir. 

3.    Ödəniş və digər şərtlər

-    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. 
-    Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
-    Tender qalibi Yelo Bank ASC –də hesab açmalıdır
-    Müqavilənin icrası üçün  5% bank qarantiyası tələb oluna bilər


4.    Satınalan təşkilatın ünvanı 

-    Bakı ş. Puşkin küçəsi 30, AZ1010

-    Əlaqələndirici şəxslər: 

1)Nigar Baxşiyeva 

İnzibati və Təchizat departamentinin Aparıcı mütəxəssisi
+99412 981 daxili 1902
+99455 4577616
[email protected]