Xəbərlər siyahısı

Xəbərlər

Kredit ödənişi ilə bağlı xatırlatma

Dəyərli müştərilər,

Kredit ödənişlərinin düzgün icra olunması və balansda gecikmələrin yaranmaması üçün bildirmək istərdik ki, ödəniş edilən platformadan asılı olaraq xidmət şərtləri fərqlənir.

Kənar terminallar (MilliÖN və E-manat terminalları (və ya saytları)) vasitəsilə kredit ödənişi etdikdə məbləğin 1%-i həcmində komissiya tutulur. Bu səbəbdən, terminal vasitəsilə tam aylıq kredit məbləği daxil edildikdə, komissiya tutulduğu üçün bank hesabına daha az vəsait mədaxil olur və balansda borc qalığı yaranır.

Ödənişin tam məbləğdə hesaba oturması və heç bir komissiya tutulmaması üçün Yelo Bank-ın rəsmi və pulsuz ödəniş kanallarından istifadə etməyiniz tövsiyə olunur:

Yelo App – mobil tətbiqi: Komissiya yoxdur (0%)
yelo.az rəsmi saytı: Komissiya yoxdur (0%)
Filial daxilindəki terminallar: Komissiya yoxdur (0%)
Filial daxilindəki kassalar: Komissiya yoxdur (0%)

Kredit ödənişini mütləq şəkildə kənar terminallar vasitəsilə etməli olduqda, 1%-lik komissiya məbləğini öncədən nəzərə alaraq bütöv ödəniş məbləğinin üzərinə əlavə etməyiniz xahiş olunur.