Yelo-dan çoxfunksiyalı mobil əlavə

Fərdi sahibkarlar üçün onlayn hesabın açılması

İndi fərdi sahibkarlar üçün biznes hesabı açmaq daha sürətli və daha rahatdır. Üstəlik, filiala gəlməyə belə ehtiyac yoxdur. 

Sadəcə üç addımda biznes hesabı açmaq olar:

  • Yelo Business App-i yüklə; 
  • Sorğuları doldur və elektron imza ilə (ASAN İmza və ya SİMA İmza) təsdiqlə;
  • Videozəng vasitəsilə identifikasiyadan keç və hesabı aktivləşdir. 

Proses tam rəqəmsaldır və cəmi 5 dəqiqə vaxt aparır. Xidmət isə tamamilə ödənişsizdir.