Yelo-dan çoxfunksiyalı mobil əlavə

9.5 FAİZLƏ KREDİT ALMAQ ÜÇÜN TƏLƏS!

Mobil POS

Mobil POS, mobil cihazlarında təmassız ödənişləri qəbul etmək imkanı yaradan xidmətdir. Dövriyyədən aslı olmayaraq, depozit tələb olunmadan sahibkarlar öz smartfonunu və ya planşetini mobil POS terminal kimi istifadə edə bilərlər. Xidmət üçün cihaz Android əməliyyat sistemi ilə işləyən və NFC dəstəkləyən olmalıdır. Əsasən kiçik sahibkarlar üçün (coffeeshop, çatdırılma xidmətləri, gül dükanları, köşk, butiklər və s.) nəzərdə tutulan xidmətin üstünlüyü həmçinin onun portativ olmasındadır. Sahibkarlar ödənişlərini istənilən zaman, istənilən yerdən qəbul edə biləcəklər. Rahat interfeys və sürətli quraşdırma sayəsində sahibkarın satış prosesi daha da sadələşdirilir. Xidmət həm də sahibkarın nağdsız satış dövriyyəsinin artmasına stimul verəcək.

Mobil POS xidmətinin üstünlükləri:

•    Xidmətə qoşulma pulsuzdur
•    Heç bir dövriyyə tələbi yoxdur
•    Hesabın açılması üçün xidmət haqqı alınmır
•    Sahibkara biznes kartı hədiyyə edilir
•    Biznes kartdan və cari hesabdan nağdlaşdırma zamanı bank komissiyası tutulmur

31.07.2024 tarixinədək bu xidmətə qoşulacaq sahibkarlar növbəti 3 ay ərzində  Mobil POS-dan keçən əməliyyatlara görə heç bir komissiya ödəməyəcəklər. 

 

Yelo Bank Mobil POS xidmətinin aktivləşdirilməsi üçün addımlar:

Addım 1: TapXphone tətbiqinin yüklənməsi
Android əməliyyat sistemli və NFC dəstəkləyən bir telefona TapXphone tətbiqini Google Play Store vasitəsilə yükləyin.

Addım 2: Bank seçimi
Tətbiqdə partnyorlar siyahısından Yelo Bankı seçin.

Addım 3: Yelo Mobile POS tətbiqinin Yüklənməsi
Yelo Mobile POS tətbiqini Google Play Store-dan
yükləyin.

Addım 4: Giriş məlumatlarının daxil edilməsi
Mobil nömrənizi login və şifrə xanalarına yazın.

Addım 5: Başlatma kodunun və mobil pos terminal aktivləşdirmə kodunun alınması
Cihazın başlatma kodu və Terminalın aktivləşdirmə kodu, qeyd etdiyiniz mobil nömrəyə SMS ilə göndərilir.

Addım 6: Kodların daxil edilməsi və yeni şifrənin təyini
Alınan hər iki kodu qeyd edib tətbiqdə uygun yerlərə daxil edin və yeni şifrənizi təyin edin.

Addım 7: Cihazın istifadəyə hazırlanması
Bütün mərhələləri tamamladıqdan sonra cihazınız istifadəyə hazırdır.

Ödənişin həyata keçirilməsi:
Müştərinizdən alacağınız məbləği tətbiqdə müvafiq yerə daxil edin. Müştərinin kartını və ya digər NFC dəstəkli ödəniş cihazını telefonunuzun NFC modulunu dəstəkləyən arxa hissəsinə yaxınlaşdırın və ödənişi tamamlayın.

Bu qaydaları icra edərək, Yelo Bankın Mobil Pos xidmətini asanlıqla aktivləşdirə bilərsiniz. İndi siz də müştərilərinizə daha sürətli və rahat ödəniş imkanları təqdim edə bilərsiniz.

Bank hesabı açmaq üçün onlayn müraciət

Yelo-dan çoxfunksiyalı mobil əlavə