Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

“Dördayaqlı dostlar”a dəstək aksiyası keçirdik!

Qürur hissi ilə sizə çatdırmaq istəyirik ki, sahibsiz heyvanlara sahib çıxmaq üçün bankımız nümunəvi addım atıb.

Əməkdaşlarımızın övladlarının iştirakı ilə baş ofisdə sosial tədbir həyata keçirilib. Tədbir bioloq təlimçi tərəfindən uşaqlara küçə heyvanları haqda ümumi məlumatlandırma, onlarla rəftar, onların xüsusiyyətləri kimi ilkin biliklərin müzakirə edildiyi interaktiv təlimlə başladı. Təlim zamanı uşaqlar həm də heyvanları şəhər həyatında üzləşdikləri çətinliklərdən qorumaq yollarını kəşf etdilər. Təlimin “workshop” hissəsində isə uşaqlar komandalara bölünərək pişik evlərini rəngləməyə başladılar. Tədbirin yekununda isə uşaqlar sertifikat və hədiyyə ilə mükafatlandırıldı.

Tədbirin əsas məqsədi soyuq havalarda insanların qayğısına ehtiyacı daha da çoxalan sahibsiz heyvanlara qarşı uşaqların qəlbində sevgi duyğusu yaratmaq, onlarla heyvanlar arasında dostluq və qayğıya yönəlmiş münasibət formalaşdırmaqdır. 

Uşaqların imzası ilə tamamlanmış pişik evləri Bakı şəhərindəki park ərazilərində yerləşdiriləcək.
 

Yelo-dan çoxfunksiyalı mobil əlavə