Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Yelo Bank ağacəkmə kampaniyasında iştirak etdi

Yelo Bank korporativ sosial məsuliyyət çərçivəsində ölkədə ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə qatılmağa davam edir.


Bu dəfə 11 aprel tarixində Yelo Bank-ın rəhbər və işçi heyəti “Yaşıl Marafon” ağacəkmə kampaniyasına qatıldılar. Kampaniya çərçivəsində Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 50 hektarlıq ərazidə maliyyə assosiasiyalarının iştirakı ilə müxtəlif ağaclar əkildi. Ərazidə həmçinin damla-suvarma sistemi də qurulub.

Qeyd edək ki, Marafon IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə keçirilib. Marafonda Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın eldar şamı və zeytun ağacı əkilib.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! 

Yelo Bank – Parlaq bankçılıq! 

 

Yelo-dan çoxfunksiyalı mobil əlavə