Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Yelo Bank indi Salyanda!

Xidmət şəbəkəmizi genişləndirərək, yeni konseptdə daha bir filialı müştərilərimizin istifadəsinə verdik. Salyan şəhərindəki yeni filialımız Nizami küç., 2E ünvanında yerləşir. 
Müasir standartlara cavab verən Salyan filialı fiziki və hüquqi şəxslərə geniş çeşidli bank xidmətlərini təklif edir. Burada müştərilərin rahatlığı üçün hər bir detal nəzərə alınıb. 

Yeni filialın açılışı ilə bağlı Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov qeyd edib ki, Bankın regional inkişafının hədəfi bank xidmətlərinin əlçatanlığını təmin edilməsinə və bankın müştəri bazasının genişləndirilməsinə yönəlib: "Strategiyamıza uyğun olaraq ölkədəki mikro, kiçik və orta sahibkarları maliyyə resursları və yeni bankçılıq həlləri ilə təmin etməyə çalışırıq. Salyanda da bu istiqamətdə geniş əməkdaşlıq potensialının olduğunu görürük. Yelo Bank-ın bu regiondakı fəaliyyətinin hər kəs üçün faydalı olacağından əminik. 2022-ci il ərzində yerli sahibkarlığın dayanıqlı və uğurlu inkişafı üçün Azərbaycanın digər bölgələrində də xidmət mərkəzlərini istifadəyə verməyi planlaşdırırıq.” 


 

Yelo-dan çoxfunksiyalı mobil əlavə