Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Yelo Bank dövri sifarişlərə dair tender elan edir

Yelo Bankın İnzibati departamentinin dövri sifarişlərinə dair açıq tender elan olunub.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
-    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
-    Ödəmə qabiliyyəti olmalı;
-    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
-    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
-    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
-    Tender təklifləri 28 fevral 2023-cü il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-    Zərflərin hər küncü möhürlənməlidir. 
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcək.

Məhsullar üzrə texniki şərtlər və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz:

Yelo-dan çoxfunksiyalı mobil əlavə