Multifunctional Mobile App by Yelo

List of all vacancies

Kreditlərin bərpası departamenti, Yığım şöbəsi, Mikro və İstehlak kreditlərinin bərpası üzrə Kiçik mütəxəssis / Mütəxəssis

Diqqət! Bu elanın vaxtı bitib

City

Bakı

Category

Kiçik mütəxəssis / Mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin bərpası departamenti, Yığım şöbəsi, Mikro və İstehlak kreditlərinin bərpası üzrə Kiçik mütəxəssis / Mütəxəssis” vakansiyasını elan edirik.

Struktur: Kreditlərin bərpası departamenti
Vəzifə: Kiçik mütəxəssis/ Mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri


Vəzifə öhdəlikləri:

  • Təhkim olunmuş portfel üzrə hədəflərin yerinə yetirilməsi;
  • Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında borclularla danışıqlar aparmaq; 
  • Borcluların axtarışına və onlarla əlaqələrin yaradılmasına yönəldilmiş tədbirlərdə iştirak etmək;
  • Ödənilməmiş borcların alınması məsələləri ilə əlaqədar təşkilatın mənafeyini məhkəmə instansiyalarında təmsil etmək;
  • Məhkəmə icraçıları, dövlət və hüquq-mühafizə orqanlarında olan işlərə dəstək vermək;
  • Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları informasiya sisteminə daxil etmək;
  • Müvafiq şöbənin iş fəaliyyətinə dəstək olmaq.

Tələblər:

  • Ali təhsil;
  • Tələb olunan vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışmaq və işgüzar yazışma aparmaq bacarığı;
  • MS Office ofis proqramları üzrə biliklərə sahib olmaq;
  • Analitik düşünmə və təhlil bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “ KBD/Yığım ” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

Yelobank mobile application