List of all vacancies
Kiçik və orta biznes müştərilərinə xidmət üzrə Təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis (Bakı filialları)
- Type: Full-time
- Job Function: Finance, Business and Administration
- Career Level: Professional
- Posted Date: 26-09-2024
- Deadline: 05-11-2024
Description
- Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
- Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması;
- Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi;
- Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək;
- Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak;
- Bankın məhsul xəttinin genişləndirilməsi, məhsul və xidmətlərin həcminin artırılması üçün biznes müştərilərin və onların əsas kontragentlərinin bank xidmətləri üzrə ehtiyaclarının təhlili və öyrənilməsi;
- Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması;
- Kreditin verilməsi barədə qərara təsir göstərən risk və digər neqativ amillərin qiymətləndirilməsi;
- Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq;
- Kredit Alanın gecikdirilmiş kreditləri üzrə maliyyə vəziyyətini və kreditin geri qaytarılma perspektivlərini müəyyənləşdirmək üçün monitorinqin həyata keçirilməsi;
- Kredit Alan tərəfindən kreditin geri qaytarılması öncədən razılaşdırılmış məbləğdə və müddətdə olmadığı təqdirdə, bu halın davam etməsi zamanı onu gələcəkdə gözləyəcək hüquqi məsələlərlə bağlı təlimatlandırmaq məqsədilə görüşün təşkili;
- Gecikmədə olan kreditlərin həlli istiqamətində mövcud prosedur və qaydalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi;
- Kreditlərin verilməsi və qeyri-kredit məhsullarının satışı üzrə fərdi planları yerinə yetirmək;
- Təsdiq olunmuş qaydada, digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə, kreditin verilməsi barədə qərar qəbul edilməsi üçün rəyin hazırlanması;
- Kreditin verilməsi haqqında qərar barəsində borcalanın məlumatlandırılması;
- Kredit portfeli üzrə zəruri hesabatların hazırlanması;
- Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icrası.
Remark
- Ali təhsil;
- İş təcrübəsi - Bank sahəsində minimum 6 ay;
- Ünsiyyət qurmaq və satış bacarığı;
- Riyazi biliklər;
- Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Ready to join our team?
Apply for this vacancy