Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Kapitalımızı 30 milyon manat artırırıq

Azərbaycanın ən dayanıqlı banklarından bir olan Yelo Bank nizamnamə kapitalını 30 milyon manat artırır.

Bankın yaydığı məlumatda deyilir ki, Müşahidə Şurası səhmdarlara nizamnamə kapitalının artırılması ilə bağlı tövsiyə verib. Bu təklif 20 aprel 2020-ci il tarixində keçiriləcək səhmdarların ümumi yığıncağında müzakirə olunacaq. Kapitallaşma nəticəsində Yelo Bankın nizamnamə kapitalı 378 milyon manata çatacaq.

Yelo Bankın Müşahidə Şurasının sədri Marina Kulişovanın sözlərinə görə, nizamnamə kapitalının artırılmasının əsas hədəfi mürəkkəb beynəlxalq iqtisadi şəraitdə müştərilərə dəstəyin verilməsi, o cümlədən biznesin və ümumilikdə onun effektivliyinin artırılması üçün yeni təşəbbüslərin reallaşdırılmasıdır.

Rebrendinq prosesi və bəzi proseslərin optimallaşdırılması çərçivəsində 2020-ci ildə bankın baş ofisinin və baş ofisdən kənardan yerləşən struktur bölmələrinin "Parlaq bankçılıq" ("Brighter banking") konsepsiyasına tam cavab verən yeni inzibati binaya köçməsi nəzərdə tutulub.
"Hər kəsə məlumdur ki, biz bank xidmətlərinə yanaşmamızı dəyişirik. Bununla yanaşı, bizim sıralarımız onlarla təcrübəli, gənc və peşəkar mütəxəssislərlə genişlənir ki, onlar da özünü bank xidmətlərinin və texnologiyalarının inkişafında yeni parlaq hərəkatın bir hissəsi olmaq istəyir. Bu amilləri nəzərə alsaq, bankın səhmdarları həmkarlarımız üçün əlverişli iş şəraitinin yaradılması üçün çalışır. Əminəm ki, yeni ofis Yelo komandasını ilhamlandıracaq və bankçılığı daha da parlaq etmək üçün onlara motivasiya verəcək", - deyə Marina Kulişova əlavə edib.