Filiallarda olan kondissonerlərə dövri servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edirik.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
• Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
• Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
• Təklif ediləcək xidmətin qiyməti
• İştirakçı şirkətin bu sahədə təcrübəsi
• Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar
1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
• Qiymət təklifi (3 cu pointdə nəzərdə tutulan tələblər və təqdim olunan kondissoner siyahısı əsasında təqdim olunmalıdır).
• İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
• Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
• Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
2. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
- Tender təklifləri 07 Oktyabr 2021-ci il, Bakı vaxtı ilə saat 14:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81K ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.
- Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
- Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın bağ sahəsinə və İnzibati binanın daxilində olan bitkilərə bağış keçirilə bilər.
3. Tələb olunan xidmətlər
• Qiymət təklifində Lənkaran, Bərdə, Gəncə və Sumqayıt filialları üzrə ezamiyyət xərcləri nəzərə alınmalıdır. Dirgər filiallar Bakı şəhəri ərazisində yerləşir.
• Qiymət təklifində işçilik və material qiymətləri ayrı ayrılıqda göstərilməlidir.
• Xidmət 24/7 şərti ilə göstərilməlidir. Servis işlərindən əlavə ehtiyac olan materiallar, ehtiyat hissələri və işçilik əlavə razılaşdırılma əsasında ödəniləcək.
• Göstərilən xidmətlərə və istifadə edilən material və ehtiyat hissələrinə iddiaçı ən azı 12 ay müddətində keyfiyyət zəmanəti təqdim etməlidir.
• Yeni avadanlıqların montaj və demontaj edilməsi.
4. Ödəniş və digər şərtlər
• Tender iştirakçıları fərqli meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
• Tender qalibi tender zamanı təqdim olunan qiymət il ərzində qüvvədə olacaq.
• Müqavilə 1 il ərzində qüvvədə olacaq.
• Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
5. Satınalan təşkilatın ünvanı
Bakı ş. Həsənbəy Zərdabi 81K,
Əlaqələndirici şəxs:
Anar Asgarzade
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 505 65 75
[email protected]