Многофункциональное мобильное приложение Yelo

Все вакансии

Təchizat və satınalma üzrə Mütəxəssis

Город

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Təchizat və Satınalma şöbəsində Mütəxəssis vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.   

Vəzifə öhdəlikləri:
•    Bazar təhlilinin aparılması, yeni tədarükçü şirkətlərin araşdırılması və qeydiyyatının həyata keçirilməsi;
•    Tədarükçü şirkətlərdən rəqabətcil qiymət təkliflərinin alınması və müqayisəsi;
•    Daxil olan sorğuların təhlil edilməsi, müvafiq şirkətlərə yönləndirilməsi və statusu barədə gündəlik olaraq rəhbər şəxsə məlumat verilməsi;
•    Prosedurun tələblərinə uyğun olaraq satınalmanın həyata keçirilməsi;
•    Satınalma prosesi boyunca müvafiq şirkətlərlə danışıqların aparılması və prosesin izlənməsi;
•    Aparılan əməliyyatların mütəmadi olaraq reyestrini aparmaq və rəhbər şəxsə hesabat vermək;
•    Satınalma həyata keçirildikdən sonra tələb edilən sənədləşmə prosesini başa çatdırmaq;
•    Satınalma prosesinin düzgün həyata keçirilməsi üçün digər əlaqəli strukturlarla (Maliyyə, mühasibatlıq, hüquq, logistika, anbar) yaxından işlənilməsi.

Tələblər:
•    Ali Təhsil; 
•    Bank sektorunda ən azı 1 il iş təcrübəsi; 
•    Daxili bazar üzrə biliklər;
•    Dil tələbləri: Azərbaycan, İngilis, Rus dili;
•    MS Office proqramları (Excell, Word) ilə işləmək bacarığı;
•    Analitik düşüncə bacarığı.

Biz Sizə nə təklif edirik:

•     Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
•     Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv;
•     Tibbi sığorta proqramına qoşulma;
•     Yığım sığortasına qoşulma imkanı.

Siz elektron poçtun “mövzu” yerinə “Təchizat və Satınalma üzrə Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Готовы присоединиться к нашей команде?

Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме

Подать заявку на эту вакансию
Подать заявку на эту вакансию
Перетащите файл

или загрузите с папки (pdf, doc)

Yelobank мобильное приложение