- Type: Full-time
- Job Function: Finance, Business and Administration
- Career Level: Other
- Posted Date: 06-01-2026
- Deadline: 15-02-2026
Description
- İnkassator briqadasının tərkibində Azərbaycan Respublikası Mərkəzi Bankından, digər yerli kredit təşkilatlarından, Bankın filiallarından, bankomatlardan, ödəniş terminallarından, inkassasiya xidmətləri göstərilən müştərilərdən pul vəsaitlərini və digər qiymətlilərini, onların qorunmasını təmin edən qaydalara riayət etmək şərtilə, daşınmasını həyata keçirmək;
- İnkassator briqadasının üzvlərinin təhlükəsizliyini təmin edilməsi, pul vəsaitinin və qiymətlilərin qorunması üçün bütün tədbirləri həyata kecirmək;
- Yol hərəkəti qaydalarının pozulmasına aid olmayan inkassasiya briqadasının rəhbərinin göstərişlərini (o cümlədən, xüsusi avtomobildən yüklənmə/boşalma zamanı qiymətlilərin mühafizəsi üzrə) yerinə yetirmək;
- Tələb olunan təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə və ya əmanət olunan pul vəsaitinin və qiymətlilərin, müşayiət sənədlərin, avadanlıqların itirilməsinə (zədələnməsinə) səbəb ola biləcək hər hansı bir hərəkətin qarşısını almaq;
- İş günün sonunda xüsusi avtomobilin vəziyyəti və gün ərzində yürüşü haqqında baş inkassatora (onun vəzifələrini yerinə yetirən vəzifəli şəxsə) barədə məruzə etmək;
- Ona etibar edilmiş qiymətlilərin təhlükəsizliyinə xələl gəldiyi təqdirdə bütün hallar haqqında bilavasitə rəhbərinə vaxtında məlumat vermək;
- Qiymətlilərin saxlanması üzrə əməliyyatlar, onların göndərilməsi, daşınması, mühafizəsi, siqnalizasiyası, həmçinin Departamentin rəhbərlərindən alınmış xidməti tapşırıqlar haqqında ona məlum olan məlumatları yaymamaq;
- İnkassasiya prosesinin optimallaşdırılması üzrə təkliflər təqdim etmək
Remark
- Müvafiq sahə üzrə ən azı 2 (iki) il təcrübə
- Silahlı qüvvələrdə xidmət arzuolunandır
- Rus dili biliyi arzuolunandır
- Orta təhsil və/və ya orta ixtisas, ali təhsil
- Peşə tələblərinə əsasən fiziki hazırlıq
- Ekstremal və ştatdankənar vəziyyətdə hərəkət etmək bacarığı
Ready to join our team?
Apply for this vacancy