Multifunctional Mobile App by Yelo

Xəbərlər siyahısı

News

"Pay and win with AniPay" lottery!

Yelo Bank istifadəçilərinin nəzərinə çatdırırıq ki, Mərkəzi Bank tərəfindən 2021-ci ilin noyabr ayı ərzində “AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereya keçiriləcək. 

Lotereyanın məqsədi cəmiyyətdə rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması, habelə innovativ ödəniş həlləri təqdim edən Ani Ödənişlər Sistemindən (AÖS) istifadəni təşviq etməkdir.
Stimullaşdırıcı lotereya dövründə (1 noyabr 2021-ci il tarixindən 30 noyabr 2021-ci il tarixinədək) Yelo App üzərindən AÖS vasitəsilə minimum 5 AZN məbləğində köçürmə əməliyyatı aparan istifadəçilər lotereyada iştirak hüququ əldə edəcəklər. 

Noyabr ayı ərzində 5 manat və ondan yuxarı məbləğdə aparılan hər bir köçürmə əməliyyatı iştirakçıya bir şans qazandırır. Eyni iştirakçılar arasında aparılmış əməliyyatlar sayından asılı olmayaraq yalnız bir şans olaraq hesablanır.

Lotereyanın uduş fondu 10 dekabr 2021-ci il tarixində oynanılacaq. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatları əhatə edir və ümumilikdə ölkə üzrə 400 nəfərin qalib olacağı planlaşdırılır. Hər bir qalib üzrə 100 manat təşkil edəcək uduş məbləği qalib şəxsin bank hesabına köçürüləcək.

Lotereyada iştirak hüququ verməyən əməliyyatlar:

  • İstifadəçinin öz hesabları arasında aparılmış əməliyyatlar;
  • Ləğv edilmiş (reversal) əməliyyatlar.

Hər kəsə uğurlar!

Yelobank mobile application