Multifunctional Mobile App by Yelo

News feed

News

Autism Day was organized in our Bank

Aprel ayı dünyada Autizm Maarifləndirmə ayı kimi geniş qeyd edilir. Autizmə diqqət və dəstək məqsədli ardıcıl layihələr həyata keçirən Bankımız bu dəfə qapılarını “Birgə və Sağlam” İctimai Birliyinə açdı. Baş ofisdə təşkil edilmiş Autizm günü çərçivəsində təşrif buyuran autizm spektrli uşaqlar adi iş gününə fərqli atmosfer qatdılar.

Qonaqlar Baş ofisdəki iş mühiti və kollektivlə tanış oldular. Daha sonra birliyin nəzdində fəaliyyət göstərən “Kashalata Café” tərəfindən yeməkxanamızda şirniyyat yarmarkası həyata keçirildi. Autizm sindromlu gənclərin hazırladığı müxtəlif şirniyyatlar əməkdaşlarımızın böyük marağına səbəb oldu.

Qonaqlar Bankımıza xüsusi sürpriz də hazırlamışdılar: yarmarkanın ardınca tədbir zalımızda birliyin “Mavi Ürəklər” xor qrupu konsert proqramı ilə çıxış etdi. İstedadlı qrup üzvlərinin çıxışları tədbirin axarına xüsusi rəng qatdı. Konsertdə ifa zamanı əməkdaşlarımız da qrup üzvlərini müşahidə etdilər. Tədbirdə Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova və Birliyinin sədri Aytən Eynalova söz alaraq autizmli şəxslərin cəmiyyətə adaptasiyasını dəstəkləmək üçün bu kimi layihələrin nə qədər önəmli olduğunu vurğuladılar.

Bankımız cəmiyyətdə autizm sindromlu uşaqlara tolerantlığı artırmaq məqsədilə davamlı təşviqat və təbliğat layihələri həyata keçirəcək. Bu cür sosial təşəbbüslərdə əsas məqsədimiz autizmə fərqlilik, eyni zamanda bərabərlik kimi yanaşmanı aşılamaqdır. 

Qeyd edək ki, bu, ay ərzində autizmə dəstək məqsədilə keçirilmiş 2-ci layihəmizdir. Əvvəlki layihə çərçivəsində autizm spektrli və digər fiziki imkanları məhdud uşaqlarla birgə quş yuvaları düzəldərək şəhərimizin müxtəlif parklarında yerləşdirdik.