Multifunctional Mobile App by Yelo

Xəbərlər siyahısı

News

New career opportunities for students from our bank

Bankımızın 2021-ci il üçün Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri gənclər və onlara dəstək məqsədli layihələrdən ibarətdir. Gənclər ilə silsilə maraqlı tədbirlər keçirməyi planlaşdırırıq. Bunun üçün ölkənin aparıcı Universitetlərinin tələbələri üçün tanışlıq sessiyalarının təşkilinə başlanılıb. Karantin dövrünün qaydalarını nəzərə alaraq bu görüşlər onlayn qaydada, videokonfranslar formasında həyata keçirilir.  

17 mart tarixində UNEC-in tələbə və məzunları üçün təşkil edilmiş tanışlıq sessiyası çox böyük marağa səbəb oldu və görüş 200-ə yaxın tələbənin aktiv iştirakı ilə keçdi. 

Təqdimat zamanı Yelo komandası müxtəlif maraqlı viktorinalarla bank haqqında məlumatlar, Yelo dəyərləri və karyera imkanları haqqında məlumat verdi. Sual-cavab sessiyası ilə davam edən tədbirin sonunda seçilmiş tələbələr bankımızdan hədiyyələr qazandılar.  

Tədbirlərin əsas məqsədi gənclərin iş həyatına inteqrasiyasında dəstək olmaq, onlara bankçılıq üzrə mentorluq etməkdir.
Layihə çərçivəsində karyerasını bank sahəsində qurmaq istəyən gənclər üçün təcrübə proqramları təşkil etməklə, onlara iş imkanları yaradılacaq. 
 

Yelobank mobile application