Multifunctional Mobile App by Yelo

Xəbərlər siyahısı

News

Bankımız növbəti dəfə vətəşdaşların biznes arzularını gerçəkləşdirdi

Sosial layihələrə xüsusi həssaslıqla yanaşan bankımız Özünüməşğulluq Proqramında aktiv iştirakını davam etdirir. Bu dəfə daha 4 vətəndaşın biznes arzularını gerçəkləşdirərək onlar üçün əsl Yeni il sürprizi etdik. 

Avtotəmizləmə xidməti üzrə biznesə başlamaq arzusunda olan Alıyev Nicat lazımi avadanlıqlarla təmin edildi. Dəstək verilən digər vətəndaşların xanım iştirakçılar olması isə xüsusilə sevindiricidir. Quluzadə Cəmilə və Qurbanova Fatiməyə kiçik dərzi sexi üçün, Ələkbərova Esmiraya isə un məmulatlarının istehsalı üçün lazım olan bütün avadanlıqlar hədiyyə edildi. Beləliklə, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində bankımız öz töfhəsini verməyə davam edir. 

Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında birgə imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmmənnasız təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır. Özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı Yelo Bank bu layihənin həyata keçirilməsinə dəstək olmağa 2022-ci ildə də altiv davam edəcək.
 

Yelobank mobile application