Multifunctional Mobile App by Yelo

News feed

News

Open tender announcement for branch repair

Filialın əsaslı təmiri məqsədilə açıq tender elan edirik. 
Texniki şərtlər, iş həcmləri və cizgilər tenderdə iştirikanı təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.

1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

-    Qiymət təklifi
-    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
-    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
-   Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər(Tender qalibi elan  olunduqdan sonra)
       -  Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyaları)
       - İşlər subpotratçı tərəfindən icra olunduğu təqdirdə üçüncü tərəfin təsis       
           sənədləri

2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-    Tender təklifləri 15 Mart 2021-ci il, Bakı vaxtı ilə saat 12:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-    Zərflərin hər küncü möhürlənməlidir. 
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.


3.    Ödəniş və digər şərtlər

-    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
-    Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5%-i həcmində işlərin          icrasına dair Bank zəmanəti təqdim etməlidir.
-    Təklif qiyməti bütün vergilər daxil AZN olaraq təsvir olunmalıdır.
-    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
-     Saxlanılan sğorta məbləği smeta dəyərinin 5% və 12 ay təşkil edəcək.
-     İşlərin icra müddəti 2 ay və zəmanət müddəti 24 ay.


4.    Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

-    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
-    Ödəmə qabiliyyəti olmalı;
-    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
-    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
-    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

5.    Satınalan təşkilatın ünvanı 

Bakı ş. Puşkin küçəsi 30, AZ1010
Əlaqələndirici şəxs: 
Aytac Əmirova 

İnzibati və Təchizat departamentinin
Mütəxəssisi
+99412 981 daxili 2057
+9455 3488278
[email protected]