Multifunctional Mobile App by Yelo

HURRY TO GET A LOAN AT 9.5% INTEREST!

Xəbərlər siyahısı

News

Changes in the Supervisory Board

Korporativ idarəetmə strukturunu təkmilləşdirməyə davam edən bankımız daha bir tanınmış bankiri öz heyətinə cəlb edib. Zəngin beynəlxalq bank təcrübəsinə malik və Azərbaycan daxil dünyanın bir çox ölkəsində çalışmış Britaniya vətəndaşı Endryu Pospielovski, Bankın Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən Müşahidə Şurasının  üzvü kimi təsdiqlənərək komandamıza qoşulub. 

15 ildən artıq müddətdə Bank və maliyyə institutlarının idarəetmə sahəsində təcrübəyə malik olan cənab Pospielovski Müşahidə Şurası, İdarə Heyəti kimi ali idarəetmə orqanlarının üzvü və rəhbəri olub. Maliyyə institutları ilə işdə çox böyük  təcrübəyə malik olan Endryu bəy Audit və Risk Komitələrinin üzvü olmaqla yanaşı iri məbləğlərdə kreditlərin verilməsində, həmçinin strateji qərarların qəbulunda birbaşa iştirak edib.

Bu təyinatla cənab Pospielovski Yelo Bankın Müşahidə Şurasına daxil olan üçüncü üzv olub. Xatırladaq ki, Bankın Müşahidə Şurasına Marina Kulişova sədrlik edir, Nikoloz Yenukidze isə digər üzvdür.  

Yelo Bankın İdarə Heyətinin Sədri Anar Həsənov təyinatı şərh edib: “Sevindirici haldır ki, yenilənmiş strategiyamız və ambisiyalı hədəflərlə başladığımız yeni dövrdə Endryu   kimi əsl peşəkar bizimlə birlikdə olacaq. Əminəm ki, öz təcrübəsi ilə cənab Pospielovski qısa və uzunmüddətli hədəflərimizə çatmağa bizə dəstək olacaq. Yelo komandası adından onu salamlayır və işlərində müvəffəqiyyətlər arzu edirəm”.

Yelobank mobile application