News feed

News

Müştərilərimizə əla xəbər!

Dəyərli müştəri,

Gündəlik bank ehtiyaclarını və rahatlığını nəzərə alaraq, 15 may 2026-cı il tarixindən etibarən xidmət tariflərində aşağıdakı dəyişikliklər tətbiq olunur:

Aylıq komissiyasız limitin artırılması: Kartdan karta köçürmə və Yelo ATM-lərindən nağdlaşdırma üzrə birgə aylıq komissiyasız limit 3000 AZN-dən 5000 AZN-dək (ekv.) artırılır. İndi ay ərzində daha böyük məbləğlərdə vəsaiti komissiyasız həm köçürə, həm də nağdlaşdıra bilərsən.

POS-terminal vasitəsilə nağdlaşdırma:

Bankın kassa məntəqələrində və Azərpoçt ofislərində POS-terminal vasitəsilə nağd pulun çıxarılması üzrə komissiya ləğv edilir və 0% olaraq tətbiq olunur.

Vacib məlumat:

Bu xüsusi şərtlər kampaniya çərçivəsində tətbiq edilir və 30 iyun 2026-cı il tarixinədək (həmin gün daxil olmaqla) keçərlidir.

1 iyul 2026-cı il tarixindən etibarən tariflər yenidən əvvəlki standart şərtlərə qaytarılacaq. Belə ki, komissiyasız limitlər kartdan karta köçürmə və ATM-dən məxaric üzrə birgə aylıq maks. 3 000 AZN (ekv.), POS-terminal vasitəsilə nağdlaşdırma üzrə isə aylıq maks. 10 000 AZN (ekv.) tətbiq olunacaq.

Yelo Bank-ı seçdiyin üçün təşəkkür edirik!