Multifunctional Mobile App by Yelo

Xəbərlər siyahısı

News

Our bank supported 4 more entrepreneurs

Bankımız növbəti dəfə sosial layihələrə xüsusi diqqət yetirərək, Özünüməşğulluq Proqramı çərçivəsində daha 4 vətəndaşı fərdi sahibkarlıqla məşğul olmaq üçün lazım olan avadanlıqlarla təmin edib.

Un məmulatları istehsalı, qida, avtotəmizləmə və avtoeletrik sahələri üzrə sahibkarlıq arzusuna çatmaq istəyən vətəndaşlara Bank öz dəstəyini göstərib.

Vətən müharibəsinin qazisi, öz avtoyuma məntəqəsini açmaq arzusunda olan Vəliyev Ramil, “fast food” satışı ilə məşğul olmaq istəyən Vətən müharibəsinin qazisi Eyvazov Ramin və avtoelektrik xidmətləri göstərmək istəyən İsmayılov İsmayılı da Yelo Bank lazımi avadanlıqlarla təmin etdi. 

Dəstək verilən digər vətəndaş isə şəhid anası Mustafayeva Arifədir. O çoxdandır un məmulatları istehsalı biznesini qurmaq arzulayırdı. 

Biz bu tip sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və hər zaman sosial proqramlara xüsusi diqqət göstəririk. Özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı bu layihənin həyata keçirilməsinə dəstək olmağa davam edəcəyik.

Yelobank mobile application