Multifunctional Mobile App by Yelo

Xəbərlər siyahısı

News

Rashad Azimov, participant of the Summer Challenge program

«Ən böyük nailiyyətim front-end sahəsi üzrə qazandığım praktiki biliklər oldu.»

"Summer Challenge" tələbə təcrübə proqramının iştirakçısı ADNSU-nun Mexatronika və Robototexnika mühəndisliyinin IV kurs tələbəsi Rəşad Əzimov bizimlə öz təəssüratlarını paylaşdı. Rəşad təcrübəsindən ən yadda qalan anları ilə bizimlə də bölüşmək istədi :)

-  Rəşad, təcrübə zamanı əldə etdiyin ən böyük nailiyyətin nə oldu?
-  Təcrübə müddətində müxtəlif nailiyyətlər qazandım. Məsələn, komanda ilə işin qurulması, vaxtın düzgün bölüşdürülməsi kimi. Amma ən böyük nailiyyətim front-end sahəsi üzrə qazandığım praktiki biliklər oldu.

- Təcrübə keçdiyin depratamentin iş prosesində xüsusilə nə sənin diqqətini çəkdi?
 - Təcrübə proqramım İT departamentində keçdi, burada diqqətimi ən çox yaradılmış şərait və işçilərin komanda ruhu, isti münasibəti çəkdi.

-  Sənin üçün “Summer Challenge”-lə bağlı yadda qalan ən xoş xatirə?
-  Ümumiyyətlə təcrübə müddətində çoxlu pozitiv anlar yaşadım, onlardan mənim üçün ən yaddaqalanı Vurğun bəyin bizə dediyi fikir oldu: "Nə dediyimizə deyil, nəyi bildiyimizə önəm verin". Bu sözləri artıq heç vaxt unutmaram.
Biz isə Rəşada öz növbəmizdə gələcək karyerasında yeni parlaq layihələr arzu edirik.


 
 

Yelobank mobile application