Korporativ sosial məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bu dəfə Bank ölkədə ekoloji mühitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə Bilgəh çimərliyi ərazisində təmizlik aksiyası həyata keçirib. Onlarla Yelo Bank əməkdaşının qoşulduğu aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib. Nəticədə yarım tondan çox tullantı yığılıb. Daha sonra tullantılar çeşidlənərək xüsusi konteynerlərə yerləşdirilməsi üçün təhvil verildi.
Yelo Bank-ın bu cür aksiyaların təşkilində ilkin məqsədi ekoloji vəziyyətin yaxşılaşdırılması və əhalinin maarifləndirilməsidir. Digər məqsəd isə öz əməkdaşları arasında komanda ruhunu artırmaq və ətraf mühit problemlərinin həllinə birgə çalışmaqdır. Aksiyada təkcə Yelo əməkdaşları deyil, onların ailə üzvləri də iştirak edirdilər. Qeyd edək ki, Bank bu cür təşəbbüsləri dəstəkləməyi və daha da genişləndirməyi planlayır.
Bank xidmətləri, həmçinin, istehlak krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!