Ərazinin planı elana əlavə edilir və zərurət yarandığı təqdirdə baxış keçirmək mümkündür. Dizayn olunacaq ərazinin ümumi sahəsi 3607 kv.m
1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Qiymət təklifi
- Ərazinin vizualizasiyası
- İstifadə olunacaq bitki,ağac,qazon örtüyü və.s material və avadanlıqların siyahısı
- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat)
2. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
- Tender təklifləri 18 Yanvar 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
3. Ödəniş və digər şərtlər
- Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər.
- Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
- Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
4. Satınalan təşkilatın ünvanı
- Bakı ş. Puşkin küçəsi 30, AZ1010
- Əlaqələndirici şəxslər:
1)Elşad F. Rəhimov
İnzibati və Təchizat departamentinin
Baş mütəxəssisi
+99412 981 daxili 1974
+99455 2140087
[email protected]
2) Fərid Mahmudov
Arxitektor-Dizayner
+99450 3639742
[email protected]
5. Tenderin nəticəsi haqqında məlumat
- Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.