Müştərilərin nəzərinə. İyul ayından etibarən terminallar şəbəkəsi vasitəsi ilə (YeloPay terminalları, filial kassaları və mobil tətbiq vasitəsilə edilmiş mədaxillər, kredit ödənişləri və əmanətlərə əlavələr istisna olmaqla) aylıq ümumi mədaxil əməliyyatlarına (kart və cari hesablar) 1 000 AZN-dən artıq məbləğlərə 0,6% həcmində komissiya tətbiq ediləcək.
Ən çox verilən sualları aşağıda qeyd edirik:
- Komissiyasız mədaxil üzrə bir aylıq limit nə vaxt sıfırlanır?
- Təqvim ayı nəzərə alınaraq, növbəti ayın 1-i
- Kredit ödənişi əvvəlcədən cari hesaba mədaxil edilərək hər ay borcdan silindiyi halda komissiya tətbiq olunacaq?
- Terminal üzərindən “Cari hesaba mədaxil” seçildiyi zaman avtomatik olaraq sistem tərəfindən komissiya (0.6%) tətbiq ediləcək.
- Kredit ödənişi birbaşa kredit hesabına ödənildiyi halda komissiya tətbiq olunacaq?
- Terminal üzərindən “Kredit Ödənişi” seçildiyi halda komissiya tətbiq olunmur.
- Biznes kart üzrə mədaxil edildiyi halda komissiya tətbiq ediləcək?
- Təyin olunmuş komissiya yalnız fiziki şəxslərə şamil edilir.
- Fərdi sahibkar cari hesaba mədaxil etdikdə komissiya tətbiq ediləcək?
- Təyin olunmuş komissiya yalnız fiziki şəxslərə şamil edilir.
- Qeyd olunan limitlər digər valyutada olan cari hesablara da tətbiq olunacaq?
- Komissiya müştəri İD-si üzrə ay ərzində 1 000 AZN və ya ekvivalentindən yuxarı edilmiş ümümi mədaxillərə tətbiq ediləcək.
- Əmək haqqı kartlarına edilmiş mədaxillərə də komissiya tətbiq ediləcək?
- Bəli, tətbiq ediləcək.
- Hesab.az, C2C və digər online platformalar üzərindən mədaxil edildiyi zaman komissiya tətbiq olunacaq?
- Xeyr, komissiya yalnız fiziki olaraq terminallar üzərindən edilmiş mədaxillərə tətbiq ediləcək.
- Komissiya 1 000 AZN-dən artıq mədaxil edilmiş vəsaitə, ya ümumi məbləğə tətbiq edilir?
( Məs: 1500 AZN mədaxil edilib, komissiya 500 AZN məbləğinə, yoxsa 1500 AZN-nin hamısına tətbiq ediləcək?)
- Aylıq 1 000 AZN limiti istifadə edildikdən sonra, təyin edilmiş limitdən artıq mədaxil olunan məbləğlərə 0,6% faiz komissiya hesablanacaq.